Azərbaycana kredit verən ABŞ bankı bağlanır

30-06-2015, 13:30
Oxunub: 721
Əslində isə bank kiçik sahibkarlığa dəstək üçün yaradılmışdı


ABŞ-ın 81 ildir fəaliyyət göstərən idxal-ixrac bankı “US Ex-İm Bank” fəaliyyətini dayandırır.

Virtualaz.org saytı Amerika KİV-lərinə istinadən xəbər verir ki, buna səbəb Konqresin 11 günlük tətilə çıxmazdan əvvəl bankın maliyyələşdirilməsinin davam etdirilməsinə dair qanunu qəbul etməkdən imtina etməsidir.

Konqresdə hesab edirlər ki, bankın fəaliyyətinə ehtiyac yoxdur. Çünki onun verdiyi kreditlərin çoxu Vaşinqtonda siyasi təsir imkanları olan iri korporasiyalara gedir. Əslində isə bank kiçik sahibkarlığa dəstək üçün yaradılmışdı.

Konqresin qanunu qəbul etməkdən imtina etməsi nəticəsində bank iyulun 1-dən kreditlərin və kredit qarantiyalarının verilməsini dayandıracaq.

Bankın inzibati büdcəsi onun bu ilin oktyabrına qədər fəaliyyətini davam etdirməsini təmin edir, ancaq həmin tarixə qədər bankın 20 milyard dollarlıq illik büdcəsi təsdiq edilməsə, “US Ex-İm Bank” ləğv edilməlidir. Lakin bankın ləğvi prosedura da müəyyən deyil.

Xatırladaq ki, “US Ex-İm Bank” Azərbaycanın milli peyki “Azerspace”nin hazırlanması və kosmosa buraxılması layihəsini maliyyələşdirib.

Habelə bank Azərbaycanın AZAL hava yolları şirkətinin “Boeing” korporasiyasından “Boeing-747” təyyarələrinin , bu təyyarələrə aid mühərriklərin alınmasını maliyyələşdirir.

İndi bankın fəaliyyətini dayandırmaq təhlükəsi qarşısında qalmasından ən çox narahat olanlardan biri də “Boeing” korporasiyasıdır.

Korporasiya bildirir ki, “US Ex-İm Bank” tərəfindən güzəştli maliyyələşdirmənin dayandırılması nəticəsində “Boeing” təyyarələrinin satışı çətinləşəcək.

Korporasiya Avropanın “Airbus” şirkətinə rəqabətdə uduzacaq. Həmçinin bankın fəaliyyətini dayandırması Azərbaycan və Nigeriya kimi ölkələrin aldıqları təyyarələrə görə ödənişlərini çətinləşdirəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti