Qorbaçov Primakovla vidalaşdı

29-06-2015, 16:01
Oxunub: 555
Primakov Novodeviçye qəbiristanlığında dəfn olunacaq


Moskvanın İttifaqlar Evinin Sütunlu zalında Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovla vida mərasimi keçirilir.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov da onunla vida mərasiminə gəlib.

Mixail Qorbaçov iki köməkçisinin müşayiəti ilə matəm zalına girib 10 dəqiqədən çox cənazənin yanında dayanıb. Primakovun nəvəsi Yevgeni Sandro ona yaxınlaşanda Qorbaçov başını təqpədərək deyib: “Hər şey normaldır. Vidalaşmaq istəyirəm”.

Primakov Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Xatırladaq ki, keçmiş baş nazir iyunun 26-da 86 yaşında vəfat edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti