"Aqrolizinq"də nöqsanlar aşkarlandı

29-06-2015, 10:57
Oxunub: 618
Qanun pozuntularına yol verildiyi aşkar olunub


Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əmrlərinə əsasən “Aqrolizinq” ASC-nin Masallı rayon Aqroservis filialının, “Aqrolizinq” ASC-nin Salyan Rayon Aqroservis filialının və Abşeron rayon Güzdək qoyunçuluq üzrə "Damazlıq Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

Etatist.com nazirliyin saytına istinadən bildirir ki, audit yoxlaması zamanı bir sıra nöqsan və çatışmazlıqlara, habelə qanun pozuntularına yol verildiyi aşkar olunub. Auditin nəticələri ilə bağlı materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti