Azərbaycanda ən çox qoyulan adlar

27-06-2015, 17:28
Oxunub: 433
1377 oğlan uşağına Yusif adı qoyulub


Ədliyyə Nazirliyi bu il Azərbaycanda doğulan uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb.

Ədliyyə Nazirliyindən report-a bildirilib ki, iyunun 27-nə olan rəsmi məlumata əsasən, 2015-ci ildə dünyaya gələn körpələrə qoyulan adlar arasında Yusif adı birinci yerdədir.

Statistikaya əsasən, bu il 1377 oğlan uşağına Yusif adı qoyulub. Sonrakı yerləri Əli (1000), Hüseyn (951), Məhəmməd (615), Murad (638) adları tutub.

2015-ci ilin populyar qız adlarına gəlincə, yeni doğulan 1356 körpəyə Zəhra adı qoyulub. Sonrakı yerlərdə Nuray (1014), Fatimə (899), Aylin (717), Zeynəb (672), Ayan (618) adları gəlir.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda doğulan oğlanlara ən çox Yusif adı qoyulub (3967 nəfər). Qızlara verilən adlar siyahısında isə Zəhra birinci yerdə gəlib (3608 nəfər).
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti