İŞİD-in binasını partladılar - Video

27-06-2015, 16:03
Oxunub: 1294


Peşmərgə qüvvələri Türkiyə sərhədindəki Suriyanın Kobani şəhərindəki İŞİD terrorçularına məxsus binasını partladıb.

İŞİD-ə qarşı döyüşən qüvvələr binanı bombardımanla məhv ediblər. Kobaninin mərkəzində baş verən partlayış ilk öncə İŞİD-in hücumu olaraq zənn edilib. Türkiyə sərhədinə bir kilometr məsafədə baş verən partlayış bölgədə şok effekti yaradıb. 

Peşmərgə qüvvələri bölgədəki vətəndaşları azad etdikdən sonra ərazisini nəzarətə götürüblər. Partlayışdan sonra çıxan tüstülər Türkiyə tərəfindən də müşahidə olunub. 

İddialara görə, partlayış Miştenur Xəstəxanası olaraq da bilinən köhnə bir məktəb binasında baş verib. Binada çox sayda İŞİD-çinin gizləndiyi, partlayışdan sonra 15-dən çox terrorçunun öldüyü deyilir. 

Suriya İnsan Haqqları İzləmə Təşkilatı kürd birliklərin Kobaniyə nəzarəti yenidən ələ keçirdiyini açıqlayıb. Terror təşkilatı İŞİD-in əvvəlki gün Kobanidə törətdiyi bombalı hücumda isə 164 kürd vətəndaşın öldüyü bildirilmişdi.

İŞİD terrorçu təşkilatı Suriya və İraqda bəzi bölgələrə nəzarəti ələ keçirib. Terrorçularla mübarizə üçün ABŞ başda olmaqla bəzi dövlətlər tərəfindən koalisiya qüvvələri yaradılıb./Anspress
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti