Türk əsgərlərinə “hazır ol!” əmri verildi

27-06-2015, 11:57
Oxunub: 734
Türkiyə Silahlı Qüvvələrinə 90 kilometrlik sərhəd ərazisində “hazır ol!” əmri verilib


İŞİD terror təşkilatının Suriyada strateji ərazi hesab edilən “Mare Xətti”ni hədəfə alması rəsmi Ankaranı hərəkətə keçirib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə 90 kilometrlik sərhəd ərazisində “hazır ol!” əmri verilib.

Suriya sərhədindəki Öncüpınar və Cilvegözü məntəqələrinin İŞİD-in nəzarətinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülüb.

Qeyd edək ki, Suriya sərhədində Türk əsgərləri ilə İŞİD yaraqlıları iyun ayının 13-də qarşı-qarşıya gəlmişdi. O zaman İŞİD-in nəzarətində olan Tel Abyaddan qaçaraq Akçakale sərhədinə toplaşan suriyalılar Türkiyəyə keçmək istəyəndə gərginlik yaranmışdı.

Əllərində silahlarla bölgəyə gələn İŞİD yaraqlıları sərhəd xəttində gözləyən suriyalıların evlərinə dönmələrini istəmişdi. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti