​AKP-nin parlament sədrliyinə namizədinin adı açıqlanıb

26-06-2015, 15:26
Oxunub: 526
İki nəfər namizəddən ən çox səsi İsmət Yılmaz qazanaraq parlament sədrliyinə namizəd olub.


Ədalət və İnkişaf Partiyası (AKP) İsmət Yılmazın namizədliyini Türkiyə Böyük Millət Məclisinin sədrliyinə irəli sürüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

AKP sədri və baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu deyib ki, iki nəfər namizəddən ən çox səsi İsmət Yılmaz qazanaraq parlament sədrliyinə namizəd olub.

İsmət Yılmaz Türkiyənin Sivas bölgəsindən millət vəkilidir. O, 1961-ci ildə anadan olub. 61-ci hökumətdə müdafiə naziri vəzifəsində çalışıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti