2 sərnişin avtobusu toqquşdu - Video

8-02-2013, 20:08
Oxunub: 1759


Günorta saatlarında Bakının Nizami rayonunda sərnişin avtobuslarının iştirakı ilə yol qəzası baş verib.

 

Hadisə Babək prospektində qeydə alınıb. Taleh Saməddin oğlu Orucovun idarə etdiyi 50 nömrəli xətt marşrutu ilə hərəkət edən DAEWOO markalı avtobusla eyni markalı 30 nömrəli marşrut avtobusu toqquşub. Qəza nəticəsində 30 saylı avtobusun sürücüsü və sərnişinlərdən bir neçə nəfəri xəsarət alıb. Onlar 3 saylı xəstəxanaya çatdırılıb.


Xəsarət alan sərnişinlər əraziyə çağırılmış təcili yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı Nizami rayon polis idarəsində araşdırmalar aparılır. Qəzanın hansı sürücünün günahı ucbatından baş verdiyi bu araşdırmaların sonunda bəlli olacaq.

 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti