Azərbaycan vizanı sadələşdirməyə hazırdır

25-06-2015, 20:58
Oxunub: 530
“Ölkədaxili bütün prosedurlar artıq başa çatıb"


Azərbaycan hökuməti İsveçrədən başqa, heç bir Avropa ölkəsi ilə viza rejiminin sadələşdirilməsi və readmissiya barədə saziş imzalamağı planlaşdırmır.

Bu barədə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, İsveçrə ilə sazişin imzalanması ilə bağlı hazırlıq başa çatıb: “Ölkədaxili bütün prosedurlar artıq başa çatıb, yaxın zamanda sənədlərin imzalanması gözlənilir”.

M.Məmmədquliyev qeyd edib ki, razılaşmaya əsasən, Şengen zonasına daxil olan İsveçrə ilə sadələşdirilmiş viza rejimi Aİ ilə razılaşma şərtləri ilə eyni olacaq: “Sazişə qoşulmayan digər ölkələr ilə verilmiş mərhələdə danışıqlar aparılmır. Lazım gələrsə, bu ölkələr ilə viza rejiminin sadələşdirilməsi və readmissiya barəsində ayrı sazişlər imzalanacaq”.

Razılaşmaya uyğun olaraq, ikitərəfli əsasda viza almaq üçün dövlət rüsumu 60 avrodan 35 avroyadək azaldılıb. (Trend)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti