Zakir Həsənov göstəriş verdi

25-06-2015, 10:55
Oxunub: 759
Plana uyğun olaraq Şəhidlər Xiyabanları ziyarət olunu


Silahlı Qüvvələr Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Etatist.com Müdafiə Nazirliyinin rəsmi saytın istinadən xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində tədbirlər planlaşdırılıb.

Plana uyğun olaraq Şəhidlər Xiyabanları ziyarət olunur, Silahlı Qüvvələr və müharibə veteranlarının şəxsi heyətlə görüşləri təşkil edilir, yerli icra hakimiyyəti rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, veteran təşkilatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə silsilə mədəni-kütləvi tədbirlər keçirilir.

Bununla yanaşı, şəxsi heyətin təntənəli keçidləri, hərbi orkestrlərin parklarda çıxışları, ordu haqqında filmlərin nümayişi və digər silsilə tədbirlər keçirilir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti