Vasif Talıbov Dövlət Komitəsinə yeni sədr təyin etdi

24-06-2015, 18:51
Oxunub: 613
Müslüm Cabbarzadə Dövlət Komitəsinin sədri təyin edilib.


Naxçıvan Muxtar Respublikasında yeni yaradılan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Müslüm Cabbarzadə Dövlət Komitəsinin sədri təyin edilib.

Qeyd edək ki, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi V. Talıbovun sərəncamı 19 may tarixli ilə sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında yaradılıb. M. Cabbarzadə isə bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin iqtisadi məsələlər üzrə müşaviri olub. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti