İlham Əliyev iki deputata "Şərəf" və Şöhrət" ordenləri verdi

24-06-2015, 18:46
Oxunub: 604
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə


Prezident İlham Əliyev Hüseynbala Mirələmovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə deputat Hüseynbala Fazil oğlu Mirələmov “Şöhrət” ordeni ilə təltif edilsin.

Prezident İlham Əliyev Ziyad Səmədzadənin isə “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Ziyad Əliabbas oğlu Səmədzadə “Şərəf” ordeni ilə təltif edilsin.

Sabah - iyunun 25-də Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadənin 75 yaşı tamam olur.

Ziyad Səmədzadə 1940-cı il iyun ayının 25-də Bakı şəhərinin Buzovna kəndində anadan olub.

Z.Səmədzadə 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

1983-1993-cü illərdə Mərkəzi Komitədə İqtisadiyyat şöbəsinin müdiri, Ali Sovet sədrinin birinci müavini, baş nazirin birinci müavini, Dövlət Plan-İqtisad Komitəsinin sədri, TACİS və TRACECA proqramları üzrə Azərbaycanın milli koordinatoru olub.

Alim iqtisadi inkişaf, struktur, demoqrafiya, məşğulluq, effektlilik kimi aktual problemlərə dair 500-dən çox əsərin, o cümlədən çoxsaylı monoqrafiyaların müəllifidir. Akademikin onlarla yetirməsi bu gün ölkəmizdə və onun sərhədlərindən kənarda səmərəli fəaliyyət göstərir.

Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədri, Beynəlxalq İqtisadçılar İttifaqının vitse-prezidenti kimi də mühüm işlər görür.

Akademikin baş elmi redaktəsi ilə “Azərbaycan XXI əsrin astanasında” üçcildliyi nəşr edilib.

Dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən Səmədzadə bir çox ölkələrdə, o cümlədən bir neçə dəfə Çin Xalq Respublikasında olub, “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” kitabını nəşr etdirib.

2004-ci ildə akademikin ölkə və onun hüdudlarından kənarda böyük əks-səda doğurmuş, “Böyük yolun mərhələləri” – “Azərbaycan iqtisadiyyatı yarım əsrdə: reallıq və perspektivlər” adlı kitabı çapdan çıxıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti