Bakıda daha bir idman yarışı keçiriləcək

24-06-2015, 12:00
Oxunub: 646
Nazir debüt Qran Prisinə təxminən 66-86 milyon dollar xərclənəcəyini açıqlayıb.


Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək.

Bu barədə məlumatı gənclər və idman naziri Azad Rəhimov verib. Nazirin sözlərinə görə, layihədə gələcəkdə Azərbaycanın milli komandası da olacaq: “Biz yarışların Azərbaycan bayrağı altında keçirilməsini istəyirik. İstəyirik ki, yarışda Azərbaycan komandası və bizim sponsorlar iştirak etsin”.

Azad Rəhimov həmçinin 2016-cı il Qran Prisindən də danışıb. O, Bakıya 11 min xarici azarkeşin gələcəyini deyib.

Nazir debüt Qran Prisinə təxminən 66-86 milyon dollar xərclənəcəyini açıqlayıb. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti