Bakıda sərnişin avtobusu aşdı

23-06-2015, 17:24
Oxunub: 588
"Qəza baş verərkən avtobusun içərisində sərnişin olub"


Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, Bayıl ərazisində “Tarelka” adlanan ərazidə 5 saylı avtobus dərəyə aşıb.

Qəza nəticəsində bir nəfər xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb.

"Bakı Sərnişinnəqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətində şöbə müdirinin müavini işləyən Vüqar İbrahimli xəbəri təsdiqləyib.

Onun sözlərinə görə, qəza avtobusun sərt döngəni dönərkən əyləc sisteminin işləməməsi səbəbindən baş verib.

“Qəza baş verərkən avtobusun içərisində sərnişin olub. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb”, - deyə Vüqar İbrahimli bildirib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti