“Titanik”, “Cəsur ürək” filmlərinin bəstəkarı öldü

23-06-2015, 13:39
Oxunub: 715
Faktı Ceyms Hornerin köməkçisi də təsdiqləyib


“Titanik”, "Cəsur ürək" və “Avatar” filmlərinin bəstəkarı Ceyms Horner təyyarə qəzası nəticəsində dünyasını dəyişib.

Qəza Santa-Barbara şəhəri yaxınlığında baş verib. C. Hornerə məxsus kiçik təyyarə qəzaya uğrayıb.  

Faktı Ceyms Hornerin köməkçisi də təsdiqləyib. Təyyarə qəzasının səbəbi hələlik bəlli deyil.

Qeyd edək ki, 61 yaşlı C. Horner “Titanik” və “Avatar” filmlərindən başqa “Cəsur ürək”, “Troya” və digər məşhur filmlərin də bəstəkarı olub. Bəstəkar 1998-ci ildə “Titanik” filminə görə iki nominasiya üzrə “Oskar” mükafatına layiq görülüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti