İlham Əliyev: "Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək..."

22-06-2015, 19:56
Oxunub: 833
"Biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik"


“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir”.

Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu bu gün Azərbaycan prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə deyib.
 
Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik”.
 
Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini tapmalıdır: “Ermənistan isə beynəlxalq hüquq normalarını açıq şəkildə pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq-ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət öz yerini tapacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti