Azərbaycanda yol qəzalarında 1168 nəfər ölüb

8-02-2013, 12:20
Oxunub: 1082


Ötən il respublikada baş verən yol qəzalarında 1168 nəfər ölüb.

APA-nın xəbərinə görə, bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr  şöbəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun bildirdiyinə görə, 2012-ci ildə ölkə ərazisində 2892 yol qəzası baş verib. Nəticədə 1168 nəfər dünyasını dəyişib, 2997 nəfər yaralanıb. K. Əliyev deyib ki, əvvəlki illə müqayisə ötən yol qəzalarında ölüm faktları 15% artıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti