Misir İsrailə səfir təyin etdi - 3 ildən sonra

22-06-2015, 13:12
Oxunub: 462
Netanyahu Misirin İsrailə təyin olunan yeni səfirini təbrik edib


Misir prezidenti Abdulfəttah əs-Sisi 3 ildən sonra İsrailə səfir təyin edib.

Etatist.com xəbər verir ki, Misir Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, dövlət başçısı Sisi Misirin İsraildəki səfirliyinə xarici işlər nazirinin diplomatik və siyasi münasibətlər üzrə köməkçisi Həzim Həyrəti Kubaya Misirin səfiri olaraq göndərilən Atif Səlimin yerinə təyin edib.

İsrail Baş Naziri Bünyamin Netanyahu Misirin İsrailə təyin olunan yeni səfirini təbrik edib. O, öz açıqlamasında bu qərarın dövlətlər arasındakı münasibətləri gücləndirəcəyini bildirib.

Qeyd edək ki, inqilabla öz postundan uzaqlaşdırılan Misirin prezidenti Səid Mursi İsrailin 2012-ci ildə Qəzzaya etdiyi hava hücumlarına görə İsrail səfiri Atif Səlimi geri çağırmışdı.
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti