Ramil Usubov yeni rəis təyin etdi

22-06-2015, 11:29
Oxunub: 802
Nəsimi RPİ-lərində rəis müavini və 20-ci Polis Bölməsinin rəisi vəzifələrində işləyib


Azərbaycan daxili işlər orqanlarında kadr təyinatı olub.

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə, polis polkovnik-leytenantı Əlyəddin Səfərov Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) rəis təyin edilib.

Ə.Səfərov bu təyinata qədər Nərimanov Rayon Polis İdarəsinin (RPİ) əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. O, bundan əvvəl, Xəzər RPİ və Nəsimi RPİ-lərində rəis müavini və 20-ci Polis Bölməsinin rəisi vəzifələrində işləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl nazir R.Usubovun əmri ilə Ə.Səfərovun qardaşı polis polkovniki Səyyəddin Səfərov Zəngilan RPŞ-nin rəisi vəzifəsindən azad edilib. Onun yerinə isə Astara RPŞ-nin rəis müavini Ənvər Həsənov təyin edilib. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti