Strasburqda AŞPA-nın yay sessiyası işinə başlayır

22-06-2015, 10:53
Oxunub: 574
Sessiya işini iyunun 26-da başa çatdıracaq


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda öz işinə başlayır.

Sessiyanın gedişində 7 İyun tarixində Türkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı məsələsi, Macarıstandakı vəziyyət, miqrasiya, dəyişən media mühitində medianın məsuliyyəti və etik qaydalarla bağlı məsələlər, həmçinin, Ukraynadakı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı vəziyyət müzakirə olunacaq.

İyunun 23-də sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi planlaşdırılır. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.

İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edəcəklər. Bundan əlavə, Malta prezidenti Mari-Luiz Koleyro Prek, həmçinin Bosniya və Herseqovinanın baş naziri Mladen İvaniçin də sessiyada çıxışları gözlənilir.

Sessiya işini iyunun 26-da başa çatdıracaq. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti