Azərbaycandan Qərbə mesaj: “Heç kimdən qorxmuruq”

19-06-2015, 11:46
Oxunub: 398
"Biz bunun arxasında kimin dayandığını yaxşı bilirik"


“ATƏT-in ofisinin bağlanması məsələsi Azərbaycanın öz mövqeyidir. Bu qərarı Azərbaycanın özü verib. 2 il bundan öncə müvaqilə yeniləndi və ATƏT-in Layihə Kordinatorluğu məsələsi meydana gəldi. Daha sonra gördük ki, onların bizə hansısa bir köməklik göstərmələrinə ehtiyac yoxdur”.

Bunu Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

O, son günlər ATƏT və Azərbaycan münasibətlərində yaranan gərginliyə münasibət bildirərək qeyd edib ki, ATƏT-in Bakı ofisinin bağlanması həmin təşkilatla əməkdaşlığa son verilməsi anlamına gələ bilməz: “Biz ATƏT kimi böyük bir təşkilatın üzvüyük. Həm hökumətlər, həm də Parlament Assambleyası səviyyəsində əməkdaşlığımız davam edir.

Vyana katibliyi vasitəsi ilə digər Avropa ölkələri kimi əməkdaşlığı davam etdirməyə maraqlıyıq. Bunu da açıq şəkildə bəyan edirik. Bakı ofisinin bağlanmasının Azərbaycan-ATƏT münasibətlərinə hansısa bir xələl gətirəcəyini düşünmürəm. Kimlərsə də bundan Azərbaycana qarşı qərəzli məqsədlərlə istifadə etməyə çalışırlar. Bu da uğursuzluğa tuş gələn bir mövqeydir. Hesab edirəm ki, bu məsələnin üstündə baş sındırmağa, proqnozlar verməyə ehtiyac yoxdur. Bu çox səmərəsiz bir işdir”.

B.Muradova hesab edir ki, biz Avropa dövlətləri və xalqlarını Azərbaycana qarşı qoyanların məqsədlərinə xidmət etməməliyik. Azərbaycanın müstəqil şəkildə inkişaf etməsi, mövqelərini irəli sürməsi Avropada bəzi dairlərin işinə yaramır. Azərbaycan bu və ya digər məsələlərə qarşı öz müstəqil mövqeyini ortaya qoyur. Azərbaycan heç kəsin diqtəsini qəbul etmir”.

Vitse-spiker vurğulayıb ki, Avropada bəzi dairələr Azərbaycana qarşı qara piar kampaniyası aparmağa cəhd edirlər: “Onların bu fəaliyyətləri də çox səmərəsizdir. Ermənistandan başqa iki tərəfli zəmində Azərbaycanın heç bir dünya dövləti ilə gərgin münasibəti yoxdur. Müəyyən qədər mövqe fərqləri ola bilər. Bunu da problem kimi heç kəs gündəmə gətirə bilməz. Bəzi dailərlər Azərbaycana qarşı olan maraqlarını beynəynəlxalq təşkilatlar yolu ilə həyata keçirməyə çalışırlar. Bu maraqların nədən ibarət olması bizə bəllidir. Onlar erməni maraqlarına, lobbiçiliyə xidmət edirlər və maliyyə məqsədləri güdürlər. Həmin şəxslər bizə yaxşı tanışdır.

Biz bunun arxasında kimin dayandığını yaxşı bilirik. Ona görə də heç kimdən qorxmuruq. Çünki biz öz prinsipal mövqeyimizdə heç kəsə güzəştə gedən deyilik. Bu gündən sonra da böyük layihələrə təşkilatçılıq etməklə bağlı olan mövqeyimizi dünyaya nümayiş etdirəcəyik. Bizi heç kəs bu yoldan döndərə bilməz. Bizim planlaşdırdığımız layihələrin hamısı həyata keçirilir. Bu layihələr Avropa və bütün dünya üçün maraqlıdır”. (Azvision.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti