Azərbaycanı saxta pulla qarışdırmaq istəyirlər - Açıqlama

18-06-2015, 20:19
Oxunub: 319
"Sözsüz ki, buna qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir"


Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə Bakıda saxta pul yayılması barədə məlumat yayılıb. Pullar əslində heç seçilmir, kağızı da çox oxşardır. Saxta pul ələ toxunanda da həqiqisindən seçmək çətindir. Sadəcə arxa tərəfindəki parlaq zərli xəttə baxanda bilmək olur. 

Məsələ ilə bağlı Etatist.com-a danışan iqtisadçı ekspert Vüqar Bayramov belə işlərin Azərbaycan iqtisadiyyatı üçün də kifayət qədər ziyanlı olduğunu bildirib. Onun sözlərinə görə, bununla mütəşəkkil qruplar məşğul olur:

"Nəzərə alsaq ki, bu gün ən çox saxta pul ABŞ dollarıdır. Dünyada ən çox saxta əskinazlar kəsilən ölkələrdən hesablanır, bu da təbii ki, ABŞ dollarının işləmə coğrafiyasının genişliyi ilə bağlıdır. Amma çox təəsüf ki, son illər Azərbaycan manatının da saxtalaşdırılması həyata keçirilir. Və praktiki olaraq onu xüsusi cihazlar vasitəsi ilə saxta əskinazların hazırlanması və çap edilməsi həyata keçirilir. Təcrübələr də onu göstərir ki, bununla kifayət qədər mütəşəkkil qruplar məşqul olur. Çünki həmin pulların kəsilməsi sonra yayılması üçün böyük bir şəbəkələşmə tələb edir. Bu fəaliyyət sözsüz ki, cinayət məsuliyyətidir və qanunvericiliyə ziddir. Saxta əskinazların dövriyyəyə buraxılması Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər ziyanlıdır. Çünki əgər saxta əskinaz dövriyyəyə buraxılırsa demək ki, bu sadəcə kağızdır. Bu əskinazın arxasında hər hansısa bir dəyər dayanmır. Saxta əskinazlar sadəcə kağızların alıcılıq qüvvəsinin olması deməkdir. Saxta əskinazların üzərində olan rəqəmlərin sayı qədər dəyər iqtisadiyyatdan çıxarılır. Sadəcə kağız dövriyyəyə daxil olur və üzərində olan sadəcə rəqəmlərlə iqtisadiyyatda formalaşmış dəyəri iqtisadiyyatdan çıxarır. Bu da təbii ki, iqtisadiyyata ciddi şəkildə ziyan vurur. Ona görə də Azərbaycan iqtisadiyyatı üçün saxta manatların kəsilməsi və dövriyyəyə buraxılması iqtisadiyyata ziyan vuran faktor kimi qiymətləndirilməlidir. Sözsüz ki, buna qarşı mübarizənin gücləndirilməsi olduqca vacibdir".

Vüqar Bayramov "Azərbaycana qarşıda başqa güclər tərəfindən saxta əskinazlar tərəfindən zərbə vurula bilərmi?" sualına cavab olaraq isə bunun çox çətin bir proses olduğunu qeyd etdi:

"Adətən yox, adətən onu müəyyən mütəşəkkil qruplar gəlir əldə etmək məqsədi ilə həyata keçirirlər. Saxta pullar başqa ölkələrdə hazırlanıb ölkəyə gətirilə bilər amma kifayət qədər çətin bir prosesdir. Ona görə bu adətən ölkə daxilində daha çox gəlir əldə etmək məqsədi ilə edilir".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti