Kürdlər İŞİD-in nəzarətində olan Suriya şəhərinə yaxınlaşır

15-06-2015, 11:28
Oxunub: 803
Çox sayda suruiyalı qaçqın bazar günü Türkiyə əsgərlərinin sərhədi bağlamasından öncə Türkiyəyə keçə bilib.


Kürd döyüşçülər İslam Dövləti qruplaşmasının Suriya ilə Türkiyə sərhədi yaxınlığında nəzarət etdiyi Tal Abyad şəhərinə yaxınlaşır.

Etatist.com Amerikanın Səsinə istinadən xəbər verir ki, şəhərə nəzarətin ələ alınması İslam Dövləti qrupunu döyüşçülər və hərbi təchizatla təmin edən yolun bağlanması deməkdir.

Minlərlə suriyalı kürd döyüşçülər şəhərə yaxınlaşdıqca şimal boyu sərhəddə döyüşlərin şiddətlənməsindən ehtiyat edərək ərazini tərk edib.

Kürd döyüşçülər sosial media vasitəsilə sakinlərə müraciət edərək ölkəni tərk etmək deyil, Hasake kimi şəhərlərdə döyüşlərin bitməsini gözləməyi tövsiyə edib.

Çox sayda suruiyalı qaçqın bazar günü Türkiyə əsgərlərinin sərhədi bağlamasından öncə Türkiyəyə keçə bilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti