Putinlə Ərdoğan arasında 100 milyardlıq razılaşma...

13-06-2015, 22:23
Oxunub: 896
"Başqa mövcud marşrutlar diqqət mərkəzində olub..."


Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Bakı görüşü çərçivəsində iki ölkə arasında mal dövriyyəsinin 100 milyard dollara çatdırmaqla bağlı strateji hədəflərini təsdiqləyiblər.

Musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentlər həmçinin, “Türk axını”nı, Ukraynadakı vəziyyət də daxil, beynəlxalq məsələləri müzakirə ediblər, iqtisadi-ticari münasibətlər də daxil olmaqla, ikitərəfli əlaqələrin bütün spektrinə dair fikir mübadiləsi aparıblar. Münasibətlərdə bütövlükdə pozitiv dinamika olduğu vurğulanıb. Kifayət qədər ətraflı şəkildə AES tikintisi müzakirə edilib. Eyni zamanda mövcud problemlərin altı da cızılıb” – deyib Peskov.

Kreml rəsmisi habelə enerji dialoqu üzrə müxtəlif iri layihələrin ətraflı müzakirə edildiyini söyləyib. “Türk axını” marşrutu müzakirə edilib. Həmçinin də başqa mövcud marşrutlar diqqət mərkəzində olub”.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentlərinin görüşü qapalı rejimdə keçib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti