Putin artıq Bakıdadır - Foto

12-06-2015, 22:01
Oxunub: 535
Putinin Bakıya işgüzar səfəri şənbə günü də davam edəcək


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibinin dediyinə görə, Putinin açılış mərasimindən sonra Bakıda digər dövlət və hökumət başçıları ilə danışıqlar aparacağı gözlənilir.

Putinin Bakıya işgüzar səfəri şənbə günü də davam edəcək. Həmin gün onun Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Ərdoğanla danışıqları planlaşdırılıb.

Putin artıq Bakıdadır - Foto

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti