Putin və Əliyev sabah Qarabağ münaqişəsini müzakirə edəcək 

12-06-2015, 15:38
Oxunub: 803
Putin Bakıya I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün gəlir


Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfəri çərçivəsində sabah Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ problemini müzakirə edəcək.

Tərəflər, həmçinin iki ölkə arasındakı iqtisadi əlaqələrin gələcək perspektiv planları haqda da danışacaqlar.

Qeyd edək ki, Putin Bakıya I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün gəlir.

Bu gün Bakı vaxtı ilə saat 21.00-da açılışı nəzərdə tutulan I Avropa Oyunlarında idmanın 20 növündə idmançılar öz güclərini sınayacaqlar. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti