Almaniya səfiri AAH rəhbərliyi ilə nə danışdı?

7-02-2013, 16:41
Oxunub: 1964


Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Fredirik Hanke və səfirliyin Siyasət, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşlı Aytəkin Məhərrəmli Azərbaycan Avropa Hərəkatının (AAH) ofisində qonaq olublar.

Hərəkatın mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, AAH-ın prezidenti Ramin Hacılı və Beynəlxalq Əlaqələr üzrə katib Nəzakər Ağayeva ilə görüş keçirən qonaqlar Almaniyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Avropa Hərəkatı arasında gələcək əməkdaşlıqları müzakirə ediblər. 

2013-cü il "Avropa ili” elan edən AAH mart ayını Almaniya ayı kimi qeyd etməyi planlaşdırır. Bu barədə Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə  Fredirik Hanke ay ərzində səfirliklə AAH-nın həyata keçirilə biləcək tədbirləri müzakirə ediblər. Müzakirələrin nəticəsi olaraq mart ayı ərzində Almaniya mədəniyyəti, təhsili və digər sahələri ilə bağlı tədbirlərin keçirilməsi ilə bağlı ilkin razılıqlar əldə olunub.

Daha sonra qonaqlar AAH-ın ofisi, əməkdaşları və fəaliyyəti ilə tanış olublar.

Almaniya səfiri AAH rəhbərliyi ilə nə danışdı?
Almaniya səfiri AAH rəhbərliyi ilə nə danışdı?

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti