Avarçəkənlər Mingəçevirə gəlib

12-06-2015, 11:36
Oxunub: 642
Hazırda avropalı idmançılar Kür çayında yarışlara son hazırlıq məşqlərini keçirlər.


“Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarının başlanmasına iki gün qalıb.

AzVision.az xəbər verir ki, 37 ölkədən 295 tanınmış idmançı bu yarışlarda iştirak edərək mükafat qazanmaq üçün Mingəçevirə gəlib. Komandaların üzvləri və onları müşayiət edən nümayəndə heyətləri yüksək səviyyədə qarşılanıb və qonaqların Atletlər Kəndində yerləşdirilməsi təmin olunub.

Hazırda avropalı idmançılar Kür çayında yarışlara son hazırlıq məşqlərini keçirlər. Onlar təlim-məşq prosesini iyunun 12-13-də davam etdirəcəklər. İdmançıların Atletlər kəndindən “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək gediş-gəlişinin rahat şəkildə və fasiləsiz təmin olunması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. İdmançılarla yanaşı, hakimlər və rəsmi qonaqlar da artıq Mingəçevirdədir. Onlar “Kür” Olimpiya Tədris İdman Mərkəzinin otelində və Mingəçevirdəki digər 2 oteldə yerləşiblər.

Qeyd edək ki, iyunun 14-16-da Mingəçevirdə keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək əcnəbi idmançılardan 40 nəfəri olimpiya oyunlarının mükafatçılarıdır ki, onlardan 20 nəfəri qızıl medal sahibidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti