Tanınmış aktyorun həyat yoldaşı vəfat etdi

12-06-2015, 11:19
Oxunub: 693
"Sağalacağına inanırdı.Özümüz də inanmazdıq ki, Lida qəfil keçinər”.


Azərbaycanın tanınmış aktyoru Ceyhun Mirzəyevin həyat yoldaşı Lida Mirzəyeva dünyasını dəyişib.

Bu barədə AzVision.az-a aktrisa Sevinc Axundova bildirib. Onun sözlərinə görə, Lida Mirzəyeva srağagün vəfat edib.

“Lida səhhətində yaranan problemə görə əməliyyat olunmuşdu. Əməliyyatdan sonra özünü pis hiss etmirdi. Telefonla da bir neçə dəfə əlaqə saxlamışdım. Sağalacağına inanırdı.Özümüz də inanmazdıq ki, Lida qəfil keçinər”.

Aktrisa qeyd edib ki, Lida Mirzəyeva bu gün dəfn ediləcək.

Qeyd edək ki, Lida xanım Ceyhun Mirzəyevlə 1973-cü ildə ailə həyatı qurub. Cəmilə adlı bir qız övladları var.

Allah rəhmət eləsin.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti