“İstefa verməyə hazıram” - Azad Rəhimov

11-06-2015, 17:11
Oxunub: 810
Mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib


"Dünyada hansısa bir audit şirkəti Gənclər və İdman Nazirliyinin büdcəsindən bir manatın kənara xərclənməsini sübut edərsə, mən öz vəzifəmdən istefa verməyə hazıram".

Bunu gənclər və idman naziri Azad Rəhimov bu gün I Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransında xarici jurnalistin korrupsiya ilə bağlı sualına cavablandırarkən deyib: “Azərbaycanın idman büdcəsi ildə təqribən 10 milyon manat təşkil edir və bu vəsait bütün idman növləri üzrə müxtəlif yarışlarda iştirak etmək üçün xərclərə, təlimlərə, idman avadanlıqlarının alınması, dərman təchizatı və digər məsələlərə sərf olunur. Avropa Oyunlarının büdcəsinə gəlincə isə büdcə 960 milyon manat idi və sonradan 1 milyarddan bir qədər çox oldu”.

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilib. (Aznews.az)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti