Dəniz Baykal: "Ərdoğan hər cür koalisiyaya açıqdır" - Foto

10-06-2015, 20:34
Oxunub: 758
"Koalisiya yaradılması haqqında düşünməliyik"


İyun seçkilərindən sonra Türkiyə prezidenti Ərdoğan CHP millət vəkili Dəniz Baykal ilə xarici işlər nazirliyində görüşüb.

Etatist.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşdən sonra ilk açıqlamanı Dəniz Baykal verib. Baykal əvvəlcə görüş tələbinin prezident Ərdoğandan gəldiyini bildirib. Millət vəkilinin sözlərinə görə, görüşdə məclis işləri ilə əlaqədar bir qiymətləndirmə aparılıb:

"Narahatçılığa ehtiyac yoxdur. Seçkilərin qutardıqdan sonra yeni TBMM-nin açılışından əvvəl bir millət vəkili olaraq məclis işləriylə əlaqədar bir görüş keçirilib. Buna görə mən Antalyadan bu gün gəldim. Türkiyə Böyük Millət Məclisinin gündəmi, çalışma məsələləri, Türkiyənin qabağındakı problemlər ayrı-ayrılıqda müzakirə olundu.

Prezidentin istənilən formalı koalisiya həllinə açıq olduğunu gördüm. Onu da gördüm ki, qətiyyən müxalifətin öz arasında koalisiya qurmasına qarşı deyil. Ərdoğan hökumətin ən qısa zamanda qurulmasına tərəfdardır. Onun koalisiya hökuməti qurmaq üçün xüsusi səy göstərdiyini hiss etmədim.

Türkiyə bir seçkidən yeni çıxıb. Seçkidə millət iradəsini ortaya qoydu. İndi həll yolunu tapmaq lazımdır. Hər kəs bu ehtiyacın fərqindədır. Hal-hazırda növbədən kənar seçki gündəmdə deyil, koalisiya yaradılması haqqında düşünməliyik.

Burada mənim bir koalisiya görüşməsi istəyim ola bilməz. Mən millət vəkiliyəm. Partiyalar var, partiyaların ümumi başçıları, səlahiyyətli orqanları var. Bu görüşdən xəbərdar olduğum andan etibarən hörmətli Kılıçdaroğluna bu barədə məlumat vermişəm. İndi də onun yanına gedəcəyəm".  

Məlumata görə, millət vəkili Dəniz Baykal prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra CHP Ümumi Mərkəzində lider Kemal Kılıçdaroğlu ilə görüşüb. O, prezidentlə olan danışıqlar haqqında Kılıçdaroğlunu məlumatlandırıb.

Dəniz Baykal: "Ərdoğan hər cür koalisiyaya açıqdır" - Foto

 Etatist.com

Şərhlər : 1 Şərh yaz
fatima bagirova 11 iyun 2015 10:09  

Baykal ona edilenleri ne tez unutdu?

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti