"ASAN xidmət" Avropa Oyunlarına görə xüsusi iş qrafikinə keçir

10-06-2015, 20:08
Oxunub: 704
“ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan - Bakı şəhərində yerləşən “ASAN xidmət” mərkəzləri I Avropa Oyunlarının keçiriləcəyi müddətdə öz fəaliyyətini xüsusi iş rejimində davam etdirəcək.

Virtualaz.org Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinə istinadən bildirir ki, vətəndaşlar 12-28 iyun tarixlərində saat 09:00-dan 15:00-dək nahar fasiləsi olmadan “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, iş qrafikinə dəyişiklik etməkdə məqsəd I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamasaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaqdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti