ABŞ səfirliyinin əməkdaşı həbs olundu

10-06-2015, 10:41
Oxunub: 394
O, səfirliyin təhlükəsizlik əməkdaşı vəzifəsində çalışıb.


ABŞ səfirliyinin əməkdaşı Qahirədə terrorçuluqda şübhəli bilinərək Misir təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Daily News Egypt" nəşri məlumat yayıb.

Səfirlikdə işləyən Misir vətəndaşının saxlanılması barədə məlumatı Amerika diplomatik nümayəndəliyi də təsdiq edib. Bununla yanaşı, səfirlik onun haqqında şəxsi məlumatlar verməkdən imtina edib.

KİV-in məlumatına görə, həbs edilən şəxs 42 yaşlı Əhməd Əlidir. O, səfirliyin təhlükəsizlik əməkdaşı vəzifəsində çalışıb. Misirin Dövlət Təhlükəsizlik Prokurorluğu səfirlik əməkdaşını "Heluan briqadası" terror qruplaşmasının fəaliyyəti ilə əlaqədə ittiham edərək, onun qrupu idarə etməklə yanaşı Qahirə ətrafında yerləşən Heluan şəhərində məhkəmə binasının partladılması və yandırılması da daxil olmaqla 13 hücuma bilavasitə qatıldığını bəyan edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti