Türkiyənin hakim partiyası da koalisiya şərtlərini açıqladı

9-06-2015, 19:45
Oxunub: 783
Hakim partiyanın birinci şərti isə “Paralel dövlət”lə bağlıdır.


Türkiyənin iqtidar Ədalət və İnkişaf partiyası da (AKP) koalisiya şərtlərini açıqlayıb.

Musavat.com-un məlumatına görə, AKP üç əsas şərt irəli sürüb. Hakim partiyanın birinci şərti isə “Paralel dövlət”lə bağlıdır. AKP-nin irəli sürdüyü 3 şərtdə güzəşt edilməyəcəyi bildirilir.

Şərtlər

1. “Paralel dövlət”ə güzəşt oluna bilməz: 17-25 dekabrda çevrilişə cəhd edən, dövlətin kapillyar damarlarına sızan “paralel dövlət” “milli təhlükəsizliyə təhdid” olaraq qəbul edilib. Kolaisiya necə qurularsa “paralel dövlət” xəyanətinin cavabını verəcək, dövlətin içindəki əlaqələri təmizlənəcək.

2. “Həll prosesi” davam edəcək: AKP səslərin düşməsini gözə alaraq hökumətlə PKK arasındakı “həll prosesi”nin arxasında dayandı. "Həll prosesi" bundan sonra da davam edəcək.

3. Ərdoğanın leqallığı şübhəsizdir: İlk dəfə 52 faiz xalqın səsini toplayaraq seçilən prezident Rəcəb Tayyib Ərdoğanın leqallığı mübahisəolunmazdır. Prezident və parlament seçkilərini müqayisə etmək isə yanlışdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti