Bakıda sərnişin avtobusu qəza törətdi: 3 yaralı

9-06-2015, 13:32
Oxunub: 752
Faktla bağlı araşdırma aparılır


Bakıda sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

APA TV-nin məlumatına görə, hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "Daewoo" markalı sərnişin avtobusu "Mercedes" markalı ağır tonnajlı yük maşını ilə toqquşub.

İlkin məlumata görə, Gəncə şəhəri istiqamətində hərəkətdə olan avtobus dönmə əməliyyatı zamanı yük maşınına çırpılıb. Zərbənin gücündən avtobus deformasiyaya uğrayıb, sürücünün ayaqları sıxılmış vəziyyətdə qalıb. Sürücünün xilas edilməsi üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Xüsusi alət və avadanlıqların köməyi ilə yaralı sürücü xilas edilib. Qəza zamanı avtobusdakı iki sərnişin də xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti