Vasif Talıbov Təbrizə gedib

9-06-2015, 12:22
Oxunub: 674
V.Talıbov Təbrizdə Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri tərəfindən qarşılanıb.


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İranın Şərqi Azərbaycan Ostanının mərkəzi Təbrizə səfərə gedib.

"Trend"-in İranın İRİB xəbər agentliyinə istinadən verdiyi məlumata görə, V.Talıbov Təbrizdə Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri tərəfindən qarşılanıb.

V.Talıbov səfər zamanı Şərqi Azərbaycan valisi İsmayıl Cəbbarzadə ilə görüş keçirəcək. Görüşdə iki tərəf arasında əməkdaşlıq memorandumunun imzalanacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri, həmçinin Şərqi Azərbaycan Ostanının tacirləri və iş adamları ilə də görüş keçirəcək, Təbriz Tibb Universitetində keçiriləcək tədbirdə iştirak edəcək.
Şərhlər : 1 Şərh yaz
oxucu 9 iyun 2015 13:08  

yəqin özünü xarici işlər naziri ilə səhv salıb

İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti