Zaqatalada yanğın

7-02-2013, 12:15
Oxunub: 1164


Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Donbabinə kəndində Vaqif Dadalova məxsus, ümumi sahəsi 550 kv/m olan anbarda qeydə alınıb. Hadisə yerinə FHN-in Zaqatala rayon YMH-in əməkdaşları və texnikası cəlb edilib. Anbarın yanar konstruksiyaları, anbarda olan 30 ton quru ot kütləsi və 3 ton qarğıdalı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Faktla bağlı Zaqatala rayon YMH-də araşdırma aparılır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti