Ərdoğan seçkidən sonra ilk açıqlamasını verdi

8-06-2015, 15:40
Oxunub: 1581
O, açıqlamasını yazılı şəkildə çatdırıb.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı ilk açıqlamasını verib.

O, açıqlamasını yazılı şəkildə çatdırıb.

Dövlət başçısı yazıb: "Millətimizin iradəsi hər şeydən üstündür. Seçkidən sonra başlayan yeni müddətdə ölkəmizdəki təhlükəsizlik və sabitlik mühitinin, demokratik dəyərlərin qorunması üçün bütün siyasi partiyaların lazım olan həssaslıq göstərməsi, məsuliyyətli davranış nümayiş etdirməsi böyük əhəmiyyət kəsb edir."

Xatırladaq ki, Böyük Millət Məclisinə iyunun 7-də keçirilən seçkilərdə iqtidarda olan Ədalət və İnkişaf Partiyası seçicilərin 40.8% səsini qazanaraq təkbaşına hökumət qurmaq hüququnu itirib. (Ans)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti