“Azərsu” mükafat aldı

8-06-2015, 15:09
Oxunub: 618
“Azərsu” ASC “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən 2015-ci ilin “Su Liderləri” nominasiyasında mükafata layiq görülüb


"Qlobal Su təsərrüfatı liderləri" qrupunun təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afinada keçirilmiş "Global water-2015" forumu yekunlaşıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən su şirkətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə qlobal su problemləri haqqında məruzələr dinlənilib, problemlərdən çıxış yolları ətrafında müzakirələr aparılıb.

"Azərsu" ASC mətbuat xidmətindən Etatist.com-a verilən məlumata görə, forumun sonunda beynəlxalq su sənayesinə verdikləri töhfələrə və bu sahədə qazanılmış nailiyyətlərə görə müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi mərasimi keçirilib. Tədbirdə elan olunub ki, kommunal sahədə nailiyyətlərə və göstərilən yüksək xidmətə görə “Azərsu” ASC “Qlobal Su təsərrüfatı liderləri” Qrupu tərəfindən 2015-ci ilin “Su Liderləri” nominasiyasında mükafata layiq görülüb. Bu münasibətlə “Qlobal Su təsərrufatı liderləri” Qrupu tərəfindən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova təbrik məktubu göndərilib.

Qeyd edək ki, “Qlobal Su təsərrüfatı liderləri” Qrupu dünya üzrə qlobal su problemlərinin həlli sahəsində fəaliyyət göstərən mötəbər qurumlardan biridir. 2500-ə yaxın üzvü olan qrupda dünya ölkələrinin su sektoru üzrə dövlət təşkilatları  və özəl şirkətlərinin rəhbərləri təmsil olunur. Qrupun təşkilatçılığı ilə hər il “Qlobal Su” forumları keçirilir. Forumlarda  dünyada mövcud su problemləri haqqında məruzələr dinlənilir və operativ çıxış yolları ətrafında müzakirələr aparılır. Qrupun təsis etdiyi “Su Liderləri” adlı jurnalda dünya üzrə su sektorunda görülən işlər, hesabatlar, nailiyyətlər və problemlər haqqında məqalələr dərc olunur.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti