Gəminin batması nəticəsində ölənlərin sayı 434 nəfərə çatıb

8-06-2015, 11:12
Oxunub: 647
Gəminin göyərtəsində ümumilikdə 456 nəfər olub.


Çinin Hubey əyalətində, Yantszı çayında “Şərq Ulduzu” sərnişin gəmisinin batması nəticəsində ölənlərin sayı 434 nəfərə çatıb.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 14 nəfər xilas edilib, 8 nəfər isə itkin düşüb.

Qeyd edək ki, hadisə iyunun 1-də qeydə alınıb. Nankin şəhərindən Çuntsinə gedən gəminin göyərtəsində ümumilikdə 456 nəfər olub. Çin polisi gəminin kapitanını və baş mexanikini həbs edib. Qəza qurbanlarından ən kiçiyinin 3 yaşlı qız, ən yaşlısının isə 80 yaşlı kişi olduğu bildirilir.

İyunun 5-də “Şərq Ulduzu” çayın dibindən suyun üzərinə çıxarılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti