Davudoğlunun “balkon çıxışı”: “Qalib AKP-dir"

8-06-2015, 10:53
Oxunub: 765
"AK Parti hərəkatı 13 ildir bir dava aparır"


AKP-nin sədri, baş nazir Əhməd Davudoğlu seçkidən sonra ötən gecə “balkon çıxışı” edib.

Virtualaz.org-un məlumatına görə, Davudoğlu AKP-nin bu seçkilərdə qalib gəldiyini bildirib: “Bu, bir demokrasi şölənidir, bura isə, bu balkon isə demokrasi balkonudur”.

Baş nazir deyib ki, AK Parti hərəkatı 13 ildir bir dava aparır: milli iradənin hegemonluğu!

Davudoğlu daha sonra türk xalqına təşəkkür və sayğılarını çatdırıb: “Millətimizin qərarı hər şeyin üstündədir. O, nə qərar veribsə, bütün partilər tərəfindən, hər kəs tərəfindən qəbul olunacaq. Biz millətdən gəldik, millətlə yürüyürük, millətdən güc alanlar əyilməz. AK Parti bir əxlaq hərəkatıdır... Biz 11-ci seçimimizi də birinci olaraq bitirdik. Allaha həmd olsun. Böyük tarixi yürüşlər üçün 12-13 il bir başlanğıc zamanıdır. Bir an belə durmadan davam edəcəyik”.

Ə.Davudoğlu uzun çıxışında seçki dönəmini və yekunları dəyərləndirib. Daha çox pafos olan çıxışda həm də bugünkü – 8 iyundakı Türkiyənin anonslarını da verib. “Qutlu yürüşümüz davam edəcək” deyən baş nazir seçkinin nəticələrini xalqın iradəsi adlandırıb. Bu nəticələri Türkiyə iqtidarının demokratik imtahandan üzüağ çıxması kimi dəyərləndirib: “AKP-ni seçkini saxtalaşdırmaq, özünə uyğun şəkilləndirmək planları ilə suçlayanlar utanmalıdırlar... AKP bu seçkinin qalibi və 1-cisidir”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti