Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

8-06-2015, 10:48
Oxunub: 291
Ümumilikdə qarşıdakı illərdə Azərbaycan 4 peykə sahib olacaq.


"Azərkosmos" ASC Yerin məsafədən zondlaşdırılması üçün ikinci aşağıorbitli peyki əldə etməyi planlaşdırır.

Bunu “Trend”-ə ASC-dən deyiblər.

Hazırda ASC-nin ixtiyarında 1 stasionar (Azerspace-1) və 1 aşağı orbitli peyk (AzerSky) var. İkinci stasionar peykin buraxılması 2017-ci ilə planlaşdırılıb, bundan sonra orbitə ikinci aşağıorbitli peykin buraxılması nəzərdə tutulur. Ümumilikdə qarşıdakı illərdə Azərbaycan 4 peykə sahib olacaq.

Yerin məsafədən zondlaşdırılması üçün sayca ikinci peyk məsələn, fövqəladə hallar zamanı yerin fotoşəklinin çəkilməsi üçün kənd təsərrüfatında isə ekoloji problemlərin həlli və kartoqrafiya üçün istifadə ediləcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti