"iPhone 7"nin satış vaxtı bilindi

6-06-2015, 13:25
Oxunub: 721
"Apple" yeni model telefonların dizaynında elə də ciddi dəyişiklik etməyəcək.


"Apple" şirkətinin yeni "iPhone" modelinin bazara çıxarılacağı tarixi açıqlanıb.

ANS PRESS-in məlumatına görə, yeddinci nəsil "Apple" smartfonları 25 sentyabr tarixində satışa çıxarılacaq. Smartfonların ilkin sifariş qəbuluna gözlənildiyi kimi 18 sentyabrda başlanacaq. Güman edilir ki, "Apple" yeni model telefonların dizaynında elə də ciddi dəyişiklik etməyəcək.

Yeni "ıPhone" modeli barədə ilk şayiələr 13 mayda yayılmışdı. Bildirilirdi ki, yeni model əvvəlkindən güclü kamerasına və funksionallığına görə seçiləcək. Mobil qurğunun ölçüləri "iPhone 6" və "iPhone 6 Plus"la təxminən eyni olacaq. Telefonun diaqonalları 4,7 və 5,5 düym ölçüsündə olacaq.

Xatırladaq ki, "Apple" "iPhone 6" və "iPhone 6 Plus"u ötən il 9 sentyabr tarixində təqdim etmişdi. Amma qurğuların satışı ABŞ-da, Avstraliyada, Böyük Britaniyada, Almaniyada, Honkonqda, Kanadada, Puerto-Rikoda, Sinqapurda, Fransada və Yaponiyada 19 sentyabrda başlamışdı. Bazara çıxarılan mobil qurğular ilk üç gün ərzində 10 milyondan çox satılmışdı.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti