Rostov-Bakı reysi bərpa olunur

5-06-2015, 16:33
Oxunub: 622
Rostov və Bakı arasında məsafə 1125 km, uçuş vaxtı 2 saatdır.


Azərbaycan Hava Yolları (AZAL) iyunun 12-dən etibarən Rostov-Don beynəlxalq hava limanından Bakıya reysləri bərpa edir.

Oxu.az xəbər verir ki, bu barədə “Rostov-Don hava limanı” ASC məlumat yayıb.

Azərbaycanın paytaxtına reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri 106 kreslolu "Embraer-190" təyyarəsində həyata keçiriləcək. Rostov və Bakı arasında məsafə 1125 km, uçuş vaxtı 2 saatdır.

Reyslər Heydər Əliyev Beynəlxalq Hava limanına həyata keçiriləcək. Rostov-Dondan Bakıya birbaşa reyslər payızın əvvəlinə qədər davam edəcək.

Xatırladaq ki, 2014-cü ildə AZAL Rostov-Dondan reyslər həyata keçirirdi. O zaman yay mövsümündə təxminən 4000 sərnişin daşınmışdı.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti