"Facebook"dan Azərbaycan açıqlaması

7-02-2013, 10:53
Oxunub: 2216


Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 1 milyon nəfəri ötüb. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Modern.az-a verdiyi məlumata əsasən: 

Azərbaycanın Facebook seqmenti daxil olma reytinqində 82-ci yerdədir. 

Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 12,21 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 24 faizinə bərabərdir. 

Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir. 

Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan post-sovet məkanının Gürcüstan, Qazaxıstan, Estoniya, Belarus, Ermənistan, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan kimi ölkələrini qabaqlayır. 

Facebakers-in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, Braziliya, Hindistan, İndoneziya və Meksika daxildir. 
Şərhlər : 1 Şərh yaz
nazim 7 fevral 2013 11:30  
Ele şey yazırsınız ki, bişmiş toyuğun gülmeyi gelir. Azerbaycanda 1 mln facebook istifadeçisi var ve bu Azerbaycanın internet istifadeçilerinin cemi 24 faizini teşkil edir. Bu o demektir ki, Azerbaycanda en azı 2 mln. internet istifadeçisi var. Respublika ehalisinin 30 faizi ölkeden kenarda yaşayır. Demek ki, qalan ehali arasında her 3 neferden biri internet istifadeçisidir? Ortalama kompüterlerin 60 fazinin internete bağlı olduğunu, Bir kompüterden 4 neferin istifade etdiyini düşünseniz, bu o demekdir ki ölkede en azı 700 min kompüter var ve bunların da 500 mini internete bağlıdır. Gop olar, daha bu qeder yox. Men hele rabite sistemini, internet qiymetlerini demirem.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti