"Moody's" agentliyi Azərbaycan banklarının reytinqini aşağı saldı

5-06-2015, 15:54
Oxunub: 758
"Agentlik Azərbaycan Beynəlxalq Bankının subordinasiya olunan borclar üzrə reytinqini müəyyənləşdirməkdən imtina edib."


"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanda fəaliyyət göstərən bir sıra kommersiya banklarının uzunmüddətli borc reytinqi üzrə proqnozunu "pozitiv"dən "stabil"ə dəyişib. Bunlar Azərbaycan Beynəlxalq Bankı, "Unibank" və "Bank Respublika" ASC-dir.

"Report" xəbər verir ki, buna səbəb kimi Azərbaycanda çətinləşən əməliyyat mühiti və banklara olan maliyyə təzyiqi göstərilib.

Ötən gün reytinq agentliyi Azərbaycandakı 6 kommersiya bankı üzrə risk qiymətləndirməsinin nəticələrini də açıqlayıb. Belə ki, Azərbaycan Beynəlxalq Bankının reytinqi "Ba2", "Bank of Baku" ASC və "Bank VTB (Azerbaijan)"ın reytinqi "Ba3", "Unibank", "Bank Respublika" və "Xalq Bank"da - "B1" səviyyəsində təsdiqlənib.

Bundan başqa, öz biznes maraqlarını nəzərə alaraq Agentlik Azərbaycan Beynəlxalq Bankının subordinasiya olunan borclar üzrə reytinqini müəyyənləşdirməkdən imtina edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti