SOCAR öz layihəsinin inşası üçün xarici investor axtarır

5-06-2015, 14:28
Oxunub: 307
"Bununla əlaqədar SOCAR potensial tərəfdaşlarla müvafiq danışıqlara başlayıb”


SOCAR Bakının Qaradağ rayonunda yeni neft emalı və neft-kimya kompleksinin (OGPC) inşası layihəsinin birgə reallaşmasına investor-tərəfdaş cəlb etməyi planlaşdırır.

Bu barədə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Caspian Oil & Gas 2015 konfransındakı çıxışında bildirib.

“Bir neçə şirkət bu layihədə investor-tərəfdaş kimi iştirakla bağlı təkliflərini təqdim edib. Bununla əlaqədar SOCAR potensial tərəfdaşlarla müvafiq danışıqlara başlayıb”, - o qeyd edib.

T.Qəhrəmanovun sözlərinə görə, danışıqlar uğurla başa çatarsa, bu layihənin gələcək mərhələlərinin reallaşması seçilmiş investor-tərəfdaş ilə birgə həyata keçiriləcək.

Xəbər verildiyi kimi, OGPC kompleksinin reallaşması iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə qaz emalı zavodunun (QEZ) və neft-kimya zavodunun (NKZ) inşası, ikinci mərhələdə neft emalı zavodunun (NEZ) inşası planlaşdırılır.

Birinci mərhələ çərçivəsində tikinti işlərinin müddəti 2015-2021-ci illəri əhatə edəcək. Birinci mərhələ $7 mırd. həcmində dəyərləndirlir.

2015-ci ilin martında SOCAR özünün yeni neft-qaz emalı və neft-kimya kompleksi layihəsi üzərində idarəçiliyə dair müqaviləni Amerikanın Fluor Limited korporasiyasına təqdim edib.

Layihənin meneceri olan Fluor şirkəti podratçıların seçiminə, mühəndis işlərinin həyata keçirilməsinə və zavodların təchizatına yardım göstərəcək.

Layihənin məbləği və reallaşma müddəti barədə ziddiyyətli məlumatlar daxil olur. Belə ki, 17 mlrd., 14 mlrd. və 12 mlrd., həmçinin reallaşma müddəti 2030 və 2023-cü illər söylənilir.

Öncə planlaşdırılmışdı ki, investisiyaların 70%-i özəl olacaq. 2014-cü ilin noyabrında SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, OGPC inşasının maliyyələsdirilməsi üzrə təkliflər UniCredit, RBS, Societe Generale, BNP Paribas, ING, Credit Agricole və ECGD-dən (Böyük Britaniya ixrac kreditləri üzrə zəmanətlər departamenti) daxil olub("Turan").
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti