Kreml: “Putin xaricdə hərbi güc tətbiq edə bilər”

5-06-2015, 10:43
Oxunub: 741
“Rusiya prezidenti özünün istənilən konstitusion hüququndan istifadə edə bilər."


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, dövlət başçısı Vladimir Putin özünün müstəsna hüququndan - ölkə xaricində güc tətbiq etmək hüququndan istifadə edə bilər.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, D.Peskov bu bəyanatla yerli jurnalistlərin suallarını cavablandırarkən çıxış edib.

“Rusiya prezidenti özünün istənilən konstitusion hüququndan istifadə edə bilər. Bu, onun hüququdur” - deyə D.Peskov dövlət başçısının Federasiya Şurasına ona xaricdə güc tətbiq etməyə icazə verməsi xahişi ilə müraciət etmək hüququndan yararlana bilib-bilməyəcəyi barədəki suala cavabında bildirib.

Qeyd edək ki, Rusiya konstitusiyasına görə, bu ölkənin prezidenti ölkə xaricində hərbi güc tətbiq etmək üçün Federasiya Şurasına ona müvafiq icazəni vermək xahişi ilə müraciət etməlidir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti