25 il əvvəl Mübariz doğulmuşdu

7-02-2013, 09:55
Oxunub: 2112


Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun doğum günüdür.

25 il əvvəl Mübariz doğulmuşduMübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub.
Elə həmin il həqiqi hərbi xidmətə çağrılan Mübariz, əsgər olaraq Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsilə başa vurub.

2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə davam edib. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

 

19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış neytral sahəni keçərək, Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşur. Düşməni ağır itkilərə məruz qalır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur.

 

Ölmündən sonra şəhid Mübarizin xidmət etdiyi posta onun adı verilib. 


Son məktubu

"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".

 

Etatist.com 

 

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti