Aeroporta dəmir yolu xətti çəkiləcək

4-06-2015, 14:51
Oxunub: 218
"Dəmiryolu xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır"


Bakı Dəmiryolu Vağzalı ilə Heydər Əliyev Beynəlxalq Hava Limanını dəmiryolu xətti birləşdirəcək.

AzVision.az-ın məlumatına əsasən, bu barədə jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, dəmiryolu xəttinin tikintisinin ilkin layihəsi artıq hazırdır:

“Bu istiqamətdə danışıqlar aparılıb və “Azərbaycan Hava Yolları” QSC rəhbərliyi ilə razılığa gəlinib. Belə ki, ilk növbədə hava daşımalarının təhlükəsizliyi məsələsini nəzərə almaq lazımdır. Hazırda mühəndislərimiz bu məsələni araşdırır. Biz körpü boyunca (avtomobil yolu vasitəsilə) aeroportun aşağı hissəsi istiqamətində çəkiləcək yeni dəmiryol xəttinin tikintisini nəzərdən keçiririk. Bakı Dəmiryolu Vağzalını aeroprtla birləşdirəcək bu xəttin uzunluğu 25 kilometr olacaq".

O əlavə edib ki, elektrik qatarları yeni marşrut üzrə Bakı Metropoliteninin "Koroğlu" stansiyası ərazisindəki stansiya vasitəsilə Binə qəsəbəsi istiqamətində aeroportadək hərəkət edəcək: "Layihə baxılması üçün hökumətə təqdim edilib və onun reallaşdırılması tamamilə maliyyələşdirmədən asılı olacaq".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti